Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə keçirdiyi brifinq zamanı bildirib.
Erməni nazirə Ermənistanın müstəqilliyini kimin təhdid etdiyi və niyə Aİ-nin sürətli reaksiya qruplarının ölkəyə dəvət olunduğu ilə bağlı sual verilib.
Papoyan cavabında bildirib: “Bütün o qüvvələr ki, xarici təsir altındadır və maraqlarının mərkəzində Ermənistan və onun vətəndaşları dayanmır, ya Ermənistan vətəndaşı deyillər, ya da övladları bu ölkədə doğulmayıb və s.
Siz yalnız Köçəryanın adını çəkirsiniz. Köçəryan 10 il prezident olub, amma prezidentlikdən dərhal sonra nəvələri Amerikada doğulub. Əgər o qədər yaxşı ölkə qurmuşdusa, niyə nəvələri ABŞ-də doğulurdu ki, vətəndaşlıq alsınlar?”.
Papoyan Aİ-nin çevik reaksiya qruplarının Ermənistana dəvət olunmasına da münasibət bildirib.
“Avropa İttifaqı tərəfdaşları buradadır ki, müstəqilliyimizə, suverenliyimizə və gələcək sülhümüzə zərər verə biləcək heç bir addım uğur qazanmasın”, - deyə o vurğulayıb.
Bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanın müraciəti əsasında ölkədə seçkilər ərəfəsində hibrid təhdidlərə qarşı mübarizə üçün xüsusi çevik reaksiya qrupunun yerləşdiriləcəyini açıqlamışdı.
Alpər Mövludoğlu
Ordu.az