Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İşxanutyun” nəşri “Paşinyanın qardaşı ilə bağlı yeni sənəd yayımlanıb” başlıqlı məqaləsində yazıb.
Nəşr bildirir ki, Armen Paşinyan 1990-cı illərdə Ermənistandan köçüb və sonradan Rusiya dövlət sistemində çalışıb.
“İşxanutyun” müəyyən edib ki, Paşinyanın qardaşı sadəcə adi fəhlə olmayıb. Armen Paşinyan 2004-cü ildə Rusiyanın dövlət qurumu olan “Rosqoskarantin”in Krasnodar filialında işləyib”, - deyə məqalədə qeyd olunub.
KİV bildirib ki, o, 2015-2017-ci illərdə gömrük nəzarəti altında olan malların müvəqqəti saxlanılması sahəsində fəaliyyət göstərən “KonsaltTamojServis” MMC-də də işləyib.
“Bu məlumatlar Nikol Paşinyanın qardaşının yoxlanılması üçün kifayət qədər əsas yaradır. Hakim komandanın opponentlərinə qarşı tez-tez “xarici agent”, “KQB-nin təsir agenti” və ya “xarici qüvvələrin agenti” kimi ittihamlar səsləndirilir. Halbuki, öz qardaşının Rusiya vətəndaşı olmasını Nikol Paşinyan tamamilə başqa şəkildə təqdim edir və bunun sadəcə miqrasiya hekayəsi olduğu təəssüratı yaratmağa çalışır”, - deyə “İşxanutyun” yazıb.
Alpər Mövludoğlu
Ordu.az