Ordu.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibədə əlil olmuş hərbçinin anasının İrəvanda mənzil verilməsi ilə bağlı xahişinə belə cavab verib.
Qadın izah edib ki, oğlunun müalicəsi İrəvanda aparılır, lakin ciddi problemlə üzləşiblər: paytaxtda bu müddətdə qalacaqları mənzil yoxdur.
Ermənistan müdafiə naziri Suren Papikyan da, “Vətəndaş Müqaviləsi” partiyasının demək olar ki, bütün üzvləri kimi, Yeğeknadzorda idi. Nikol Paşinyanın qadına necə kömək etmək mümkün olduğu ilə bağlı sualına cavab olaraq Papikyan bildirib ki, qadın Yeğeknadzorda mənzil alınması üçün sertifikat ala bilər, lakin İrəvanda yox.
Paşinyan isə cavab olaraq bildirib ki, qadın mənzil alınması üçün sertifikatı götürə, üzərinə əlavə pul qoyaraq İrəvanda ev ala bilər. Qadın oğlunun müalicəsini təxirə salıb bu qədər gözləyə bilməyəcəklərini deyəndə isə Paşinyan “bu qədər gözləmisiniz, bir az da gözləyəcəksiniz” cavabını verib və hərbçinin anasının reaksiyasını dinləmədən oradan uzaqlaşıb.
Xatırladaq ki, Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri bir gün əvvəl seçkiqabağı kampaniya çərçivəsində Zəngəzur vilayətində olublar, bu gün isə Zəngəzurdan Vayots Dzor vilayətinə yollanaraq sakinlərlə görüşüblər.
Alpər Mövludoğlu
Ordu.az