Ermənistan Milli Konqresinin 5-ci (23-cü) qurultayında partiyanın nizamnaməsinə uyğun olaraq keçirilən gizli səsvermənin nəticələrinə əsasən Levon Ter-Petrosyan yenidən partiyanın sədri seçilib.
Ordu.az xəbər verir ki, bu barədə partiya məlumat yayıb.
Həmçinin Ermənistan Milli Konqresi qurultayda partiyanın İdarə Heyətinə keçirilən gizli səsvermənin nəticələrinə əsasən kifayət qədər səs toplayaraq İdarə Heyətinin tərkibinə seçilən şəxslərin siyahısını da təqdim edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Petrosyan
Partiya