"Heç kim Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığı poza bilməz" - Binali Yıldırım

2020/11/basba-1604301164.jpg
Oxunub: 345     16:35     15 Mart 2026    
Heç kim Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığı poza və ya ona zərər verə bilməz.

Ordu.az-ın məlumatına görə, bu barədə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım Bakıda təşkil olunan iftar proqramında turizm sahəsinin nümayəndələri qarşısında çıxış edərkən bildirib.

Binali Yıldırım Azərbaycan ilə Ermənistan arasında sülh prosesini məmnuniyyətlə qarşıladıqlarını da qeyd edib.

“Kim nə edirsə etsin, Azərbaycan və Türkiyə arasındakı qardaşlığı heç vaxt poza və ona zərər verə bilməz. Məqsədimiz dostluqları artırmaq, düşmənçilikləri azaltmaqdır. Ən pis sülh belə müharibədən daha yaxşıdır”, – deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Binali-Yıldırım  


Bizi "telegram"da izləyin