Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “MN yenə yalan danışır və manipulyasiya edir” başlıqlı məqaləsində yazıb.
“Tatoyan bildirmişdi ki, 2025-ci il ərzində Azərbaycanın silahlı qüvvələri Ermənistanın “suveren ərazisi”ndə yeni mövqe yerləşdirib.
Nəşrə görə Ermənistan müdafiə naziri Suren Papikyan əvvəl parlamentdə Tatoyanı yalan danışmaqda ittiham etmiş, dünən isə sözçüsünə qalmaqallı məlumatları təkzib etməyə çalışan video hazırlatmağı tapşırmışdı.
“Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın sözlərinə görə, “Google Earth” peyk görüntülərinin reallıqla uyğunlaşdırılmasında müəyyən sapmalar var və sərhəd xəttinin hüquqi əsası yoxdur.
O qeyd edib ki, Müdafiə Nazirliyi 1975-ci ilin SSRİ topoqrafik xəritələrini rəhbər tutur. “Bu xəritə hüquqi qüvvəyə malikdir və Dövlət Geodeziya Nəzarətinin Zaqafqaziya ərazi müfəttişliyinin rəisi tərəfindən təsdiqlənib”.
MN sözçüsü iddia edir ki, SSRİ xəritəsinə görə Azərbaycanın mövqeyi Ermənistanın dövlət sərhədini keçmir və Azərbaycanın ərazisində yerləşir. Bununla belə, Paşinyan hakimiyyətində tez-tez olduğu kimi, bu təkziblər heç kimi inandıra bilməyəcək.
Nəhayət, ilk dəfə deyil ki, rəsmi təkzibdən qısa müddət sonra reallıq üzə çıxır. Tatoyanın və KİV-lərin açıqlamaları isə onsuz da yalan və manipulyasiyalar içində qalmış mövcud hakimiyyət üçün ciddi nəticələr vəd edir”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az