Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, iclasda həmçinin Ermənistan prezidenti Vahaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan, Baş nazirin aparat rəhbəri Arayik Harutyunyan, parlament sədrinin müavini Ruben Rubinyan, parlamentin “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan və parlamentin Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan iştirak ediblər.
“Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan İran ətrafında və Yaxın Şərqdə baş verən hadisələr barədə hərtərəfli məruzə ilə çıxış edib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə Baş nazirin tapşırığı ilə yaradılmış idarələrarası işçi qrupunun fəaliyyəti barədə hesabat təqdim edib.
İclasın yekununda Baş nazir zəruri tapşırıqlar verib. İclas iştirakçıları baş verən acınacaqlı hadisələrdən dərin təəssüf hissi keçirdiklərini bildirib, həlak olanlarla bağlı başsağlığı verib və tezliklə sülhün bərqarar olmasının zəruriliyini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.
***
Yaxın saatlarda Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək və İranda, eləcə də Yaxın Şərqdə yaranmış vəziyyət müzakirə olunacaq.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Şura iclasında bəyanat da qəbul ediləcək.
İclasdan sonra Paşinyan və onun tərəfdarları partiyadaxili kampaniyanı davam etdirəcəklər.
Alpər Mövludoğlu
Ordu.az