Romada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma kampaniyası keçirilir

2026/02/1772283416.jpg
Oxunub: 304     16:17     28 Fevral 2026    
“Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İtaliya-Azərbaycan Birliyinin təşkilatçılığı ilə İtaliyada maarifləndirici tədbirlər davam etdirilir.

Bu barədə Ordu.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Xocalı soyqırımı haqqında məlumatların İtaliya ictimaiyyətə daha geniş şəkildə çatdırılması, yerli əhalinin, eləcə də turistlərin diqqətinin bu faciəyə cəlb olunması məqsədilə İtaliyanın paytaxtı Romada məlumatlandırma kampaniyası keçirilir.

Kampaniya çərçivəsində insan axınının intensiv olduğu əsas ictimai məkanlarda – metro stansiyalarındakı və avtobus dayanacaqlarındakı monitorlarda 7 gün müddətində Xocalı soyqırımı ilə bağlı videoçarxlar, həmçinin məlumat lövhələri nümayiş olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma   Xocalı  


Bizi "telegram"da izləyin