Salyanda partlamamış mərmi aşkarlanıb

2020/03/1583335940.jpg
Oxunub: 419     13:55     28 Fevral 2026    
Salyan rayonunun Xıdırlı kəndində partlamamış mərmi aşkarlanıb.

Ordu.az-ın məlumatına görə, mərmini Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Şirvan su kanalının sahilində tapıblar.

Sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib.

Araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Salyan   Mərmi  


Bizi "telegram"da izləyin