Bu barədə
Ordu.az-n sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Qeyd olunub ki, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.
"AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar", - məlumatda deyilir.
Əlavə məlumat əldə etmək üçün sərnişinlər
[email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.
Ordu.az