“Səmimi şəkildə etiraf etmək lazımdır ki, müxalifət partiyaları arasında aylarla davam edən danışıqlar heç bir razılaşma ilə nəticələnməyib. Bu halda parçalanmış müxalifəti birləşdirə biləcək yeganə qüvvə Samvel Karapetyandır”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib.
“Nəhayət başa düşmək lazımdır ki, müxalifətin birləşməsi siyasi deyil, sadəcə olaraq xalqın xilası məsələsidir. Özünü təmin edən və formalaşmış şəxsiyyət kimi Karapetyan bu problemi həll etməyə qadirdir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Petrosyan
Karapetyan