Ermənistan məktəblərində Qarabağ müharibəsində məhv edilmiş terrorçuların şəkilləri götürülür

2026/02/1772181924.jpg
Oxunub: 425     18:44     15 Mart 2026    
“Bir neçə gün əvvəl məlumat vermişdik ki, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məktəblərə məktub göndərərək Qarabağ müharibələrində ölmüş şəxslərin xatirəsinə yaradılan “şöhrət guşələri”nin götürülməsini tələb edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, iki il əvvəl də oxşar məlumatlar yayılmışdı, lakin cəmiyyətin yaratdığı böyük səs-küy nəticəsində proses dayandırılmışdı.

“İndi isə yenidən direktorlar üçün göstəriş verilib ki, uşaqlarla Qarabağ mövzusu ilə bağlı hər hansı söhbət və ya xatırlatma olmasın və “şöhrət guşələri” ləğv edilsin.

Direktorlardan biri bizə aldıqları məktubun konkret məzmununu ətraflı izah edib: Nazirlik “şöhrət guşələri”ndən Qarabağ müharibələrində ölənlərin şəkillərinin götürülməsini, yalnız Ermənistanın gerbi və bayrağının saxlanılmasını, yanında isə “Yaxşı oxu ki, yaxşı yaşayasan” yazısının yerləşdirilməsini tövsiyə edib.

Hakimiyyət, faktiki olaraq, ölkə uğrunda həyatını qurban vermiş oğulları xatirəyə layiq hesab etmir. Prosesin icrası məsuliyyəti vilayət rəislərinin üzərinə qoyulub, çünki deyilənə görə, bəzi direktorlar tərəddüd edir və bu anti-milli qərarı öz xoşları ilə icra etməyə utanırlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məktəb  


Bizi "telegram"da izləyin