Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Lakin məlum olur ki, o, real həyatda Ermənistanın Rusiyadan qopa bilməyəcəyini qəbul edir, çünki ölkəmizin iqtisadiyyatı bütün telləri ilə Rusiya bazarına bağlıdır.
Bu yaxınlarda Aram Sarkisyanla görüşən erməni iş adamlarından biri bizə danışıb ki, şəxsi söhbət zamanı Zaveniç etiraf edib və qəbul edib ki, Ermənistanın gələcəyi Rusiyasız qeyri-müəyyəndir, çünki iqtisadiyyatımız demək olar tam şəkildə Rusiya bazarından asılıdır. Üstəlik, bu asılılıq xüsusilə Nikol Paşinyanın hakimiyyəti dövründə daha da artıb. Məsələn, ikinci prezident son mətbuat konfransında qeyd edib ki, 2025-ci ildə Ermənistanın iri vergiödəyicilərinin ilk onluğunda olan 10 şirkətdən 8-i biznes fəaliyyətini Rusiya ilə idxal və ixrac əməliyyatları vasitəsilə həyata keçirir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az