Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
“Dünən biz partiyanın ofisinə müraciət edərək, Ermənistan konstitusiyasına görə “dövlət başçısı” olan prezident qarşısında hansı məsələlərin qaldırıldığını dəqiqləşdirməyi xahiş etdik. Partiyadan bildirildi ki, həqiqətən də belə bir məktub göndərilib və aşağıdakı sualların aydınlaşdırılması istənilib: Ermənistanın Baş naziri Ermənistan adından sülh müqaviləsi imzalamaq hüququna malikdirmi, döyüş mövqelərindən qoşunların geri çəkilməsi barədə əmr verə bilərmi, şəxsin həbs olunması ilə bağlı göstəriş verə bilərmi, Ermənistan vətəndaşını təhqir edə bilərmi, dini təşkilatların fəaliyyətinə müdaxilə edə bilərmi?”, - deyə KİV qeyd edib.
Nəşrə görə, həmçinin bildirilib ki, Prezident Aparatından cavab alınıb, lakin cavabda heç bir izahat verilməyib, sadəcə qanunlara istinad olunub.
“Məsələn, Konstitusiyanın 6-cı maddəsinin 1-ci hissəsinə, 17-ci maddəsinə, 152-ci maddəsinin 1-ci hissəsinə, 162-ci maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 284-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə istinad olunub. Faktiki olaraq, prezident ona ünvanlanan suallara dair heç bir şərh və konkret cavab vermədən, hər halda konstitusiyanın 17-ci maddəsini xüsusi vurğulayıb. Həmin maddəyə əsasən, Ermənistan dini təşkilatların fəaliyyət azadlığını təmin edir: “Dini təşkilatlar dövlətdən ayrıdır”. Növbəti istinad məhkəmələrə aiddir. Prezidentin istinad etdiyi maddədə qeyd olunur ki, “ədalət mühakiməsinin həyata keçirilməsinə hər hansı müdaxilə qadağandır”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az