“Hraparak”: “Vətəndaş Müqaviləsi”ndə gərginlik səngimir, Paşinyanla görüş tələb edirlər

2026/02/1771911058.jpg
Oxunub: 391     09:26     24 Fevral 2026    
Partiyadaxili seçkilərdən sonra Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasında vəziyyət sakit deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, fraksiyada bəzi şəxslərin partiyadaxili seçkilərdə topladığı səslərlə bağlı gizli narazılıq var və əsaslı şübhələr mövcuddur ki, partiya namizədləri partiya qərarına tabe olmayıb, gizli təbliğat aparıblar, seçici nümayəndələri yönləndiriblər.

“Nəticədə isə bəziləri izaholunmaz dərəcədə yüksək, bəziləri isə izaholunmaz dərəcədə aşağı səs toplayıb.

Bizə bildirilib ki, bəzi deputatlar səsvermənin nəticələrini müzakirə etmək və saxtakarlıqları üzə çıxarmaq üçün Nikol Paşinyanla görüş tələb edirlər. Ola bilsin ki, məsələ qarşıdakı cümə axşamı partiyanın təşəbbüs iclasında müzakirə edilsin.

Eyni zamanda, partiya sıralarında əmindirlər ki, saxtakarlıqların ifşası prosesi olmayacaq, axı bütün dünyaya biabır olmaq olmaz ki, hətta partiyadaxili seçkiləri də saxtalaşdırırlar. Nikol Paşinyan isə adət etdiyi kimi hamını “aldadacaq” və deyəcək ki, kimin hansı yerdə olmasının əhəmiyyəti yoxdur, qələbə qazandıqları halda heç kim işsiz və qiymətləndirilməmiş qalmayacaq.

O, hamıdan yaxşı anlayır ki, əks halda “incimişlər” seçkiləri boykot edəcək, işləməyəcək, hətta rəqiblərin xeyrinə də işləyə bilərlər. Buna görə də indi hər bir səs və hər bir səs gətirən şəxs onun üçün həyati əhəmiyyət daşıyır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki   Partiya  


Bizi "telegram"da izləyin