Erməni deputat: “Erməni yük maşınlarının hələ də Ermənistan ərazisinə daxil olmasına icazə verilmir, səbəb siyasidir”

2026/02/1771873693.jpg
Oxunub: 432     23:03     23 Fevral 2026    
“Erməni yük maşınlarının sürücülərinin bir qismi Rusiya-Gürcüstan sərhəd-keçid məntəqəsindən Gezi terminalına köçürülüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan bildirib.

Xatırladaq ki, Danielyan daha əvvəl fevralın 12-dən etibarən tikinti materialları ilə yüklənmiş erməni yük maşınlarının Gürcüstandan Ermənistana girişinin məhdudlaşdırıldığını açıqlamışdı.

“Sürücülər deyirlər ki, orada maşın axını o qədər çox olub ki, onları həmin ərazidə saxlamaq mümkün olmayıb. 12 gün saxladıqdan sonra Gezi terminalına enməyə icazə veriblər. İndi Gezi terminalında gözləyirlər. Bunun nə qədər davam edəcəyini heç kim demir, oradakı əməkdaşlar heç bir suala cavab vermir, heç bir şərh vermirlər.

Mənimlə əlaqə saxlayan konkret şəxslər yük maşınlarını müxtəlif tikinti materialları, laminat, taxta və s. ilə yükləyiblər. Müəyyən məlumatım var ki, maye qazla yüklənmiş yük maşını da var, amma bu məlumat təsdiqlənməyib.

Onlar bildirirdilər ki, 12 gündür dayanan yük maşınlarının sayı təxminən 100 olub və bu rəqəm getdikcə artır. Onlara reaksiya verilmir, deyirlər ki, Ermənistan hakimiyyətindən heç bir dəstək almırıq”, - deyə o qeyd edib.

Danielyan vurğulayıb ki, həm Gürcüstan, həm də Rusiya keçid məntəqələrində belə problemlər vaxtaşırı yaranır: “İnsanlar narazıdırlar, deyirlər ki, sanki biz bu ölkənin vətəndaşı deyilik, unudulmuşuq, problemlərimiz heç kimi maraqlandırmır, heç kim bizimlə əlaqə saxlamır.

Mən özüm də məmurlarla, o cümlədən daim Larsda olan Ermənistan nümayəndəsi ilə əlaqə saxlaya bilməmişəm. Guya nömrə var, amma həmin nömrəyə cavab verilmir. Bilinmir burada məmur var, mövcuddur, ya yox.

İnsanlar ilk növbədə öz hakimiyyətlərindən tələb etməlidirlər, amma o hakimiyyətlər əlaqəyə çıxmır və təbii ki, insanlar narazıdırlar. Heç bir məmur telefon götürüb Gürcüstan və ya Rusiya tərəfinə zəng etməyib ki, bu problemlərin səbəbi nədir, niyə yaranıb. İnsanlar ehtimallar irəli sürürlər, amma bunlar yalnız fərziyyədir”.

Danielyanın sözlərinə görə, Ermənistan rəsmiləri həm Gürcüstana, həm də Rusiyaya səfərlər edirlər, lakin iqtisadiyyat üçün son dərəcə vacib olan bu məsələlər müzakirə edilmir və həllini tapmır: “Bundan əvvəl məhdudiyyətlər məsələsi var idi, indiyədək deyirlər ki, bir-iki həftə gözləyin, baxaq nə olacaq. Artıq uzun müddətdir, aylarla bu məsələlər həll olunmur. Bəs hansı məsələlər həll olunur? Ya hakimiyyət üçün maraqlı deyil, ya da həll etməyə qadir deyillər”.

Gürcüstan tərəfinin niyə problem yaratdığı barədə suala cavab olaraq Danielyan bildirib: “Bu, siyasi ola bilər. Burada son vaxtlar səslənən bəyanatlar, bəzi məmurların Gürcüstan seçkilərinin legitimliyini şübhə altına alması və Gürcüstan hakimiyyətinin buna sərt cavab verməsi səbəb ola bilər.

Səbəblərdən biri də Ermənistan hakimiyyətinin apardığı siyasətdir ki, buna cavab olaraq Gürcüstan parlamentinin vitse-spikeri demişdi: biz dost və qonşu Ermənistan tərəfdən belə davranış gözləmirdik. Hesab edirəm ki, burada məsələ maliyyə deyil, siyasidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin