Müqaviləli erməni hərbi qulluqçuların avtomobilləri toqquşub, sürücülərdən biri xəsarət alıb

2026/02/1771867117.jpg
Oxunub: 408     21:15     23 Fevral 2026    
Bu gün Ermənisanın Araqatsotn vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Saat 07:10 radələrində İrəvan-Gümrü avtomobil yolunun 21-ci kilometrliyində Zəngəzur vilayət sakini, 20 yaşlı David A.-nın idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Kotayk vilayət sakini, 25 yaşlı Vahaqn B.-nin idarə etdiyi “Nissan March” markalı avtomobil toqquşub. Toqquşma nəticəsində “Mercedes” yolun ayırıcı zolağındakı dəmir maneələrə çırpılıb.

Qəza nəticəsində sürücülərdən David A.-ya hadisə yerinə gəlmiş “Aştarak” Tibb Mərkəzinin təcili yardım briqadası tərəfindən yerində ilkin tibbi yardım göstərilib, lakin o, xəstəxanaya getməkdən imtina edib.

Məlumata görə, hər iki sürücü Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müqaviləli hərbi qulluqçu kimi qulluq edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənisan   Qəza  


Bizi "telegram"da izləyin