Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Daşıyıcılar “Sputnik Armenia”ya bildiriblər ki, problem fevralın 12-də yaranıb.
Yük maşınları Yuxarı Lars (Kazbegi) keçid məntəqəsinin yaxınlığında yerləşən Kobi terminalında (TIR park) saxlanılıb. Sürücülər iddia edirlər ki, sənədləri ilə bağlı heç bir problem olmayıb, lakin gürcü tərəfi gecikmənin konkret səbəbini açıqlamayıb.
Erməni yük maşınları hələ 2025-ci ilin yaz-yay aylarında konyak və maye qaz daşınması zamanı tranzit problemləri ilə üzləşmişdi. Lakin bu, cari ildə ilk belə insidentdir.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən “Sputnik Armenia”ya bildirilib ki, erməni daşıyıcılar üçün heç bir maneə yaradılmır.
“İnzibati və ya süni maneələr yoxdur, standart gömrük nəzarəti prosedurları həyata keçirilir. Mərhələli gömrük rəsmiləşdirilməsi artıq başlayıb və davam etdiriləcək”, - deyə qurumdan bildirilib.
Həmçinin vurğulanıb ki, erməni sürücülərə qarşı daha sərt və ya xüsusi nəzarət tədbirləri tətbiq edilmir. Onlar yalnız standart gömrük prosedurlarına cəlb olunurlar.
Xatırladaq ki, erməni yük maşınları ənənəvi olaraq Gürcüstan üzərindən keçən bütün tranzit daşımalarının təxminən 40%-ni təşkil edir. 2025-ci ilin ilk 11 ayı ərzində erməni daşıyıcılar Gürcüstan üzərindən tranzit üçün təxminən 23 milyon dollar ödəyiblər.
Alpər Mövludoğlu
Ordu.az