"İran və Azərbaycan arasında yol xəritəsi iki ölkənin ticarət perspektivini müəyyənləşdirə bilər" - Fərzanə Sadeq

2026/02/1771864180.jpg
Oxunub: 456     19:49     23 Fevral 2026    
İran və Azərbaycan arasında ticarət əməkdaşlığı üzrə yol xəritəsinin tənzimlənməsi iki ölkənin ticarət əlaqələri üzrə aydın perspektivini müəyyənləşdirə bilər.

Ordu.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında deyib.

Onun sözlərinə görə, ötən iki ildə iki ölkənin ticarət dövriyyəsi 650 milyon dollar təşkil edib.

İranlı nazir bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra bütün sahələrdə iki ölkə münasibətlərində yeni üfüqlər açıb.

Sadeq deyib ki, hesablamalar iki ölkə arasında ticarət sahəsində irəliləyişlərin olduğunu əks etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin