Ermənistanda məktəbdə yalan bomba həyəcanı: Şagirdlər təxliyə edilib

2026/02/Ekran-1771861259.jpg
Oxunub: 432     19:38     23 Fevral 2026    
Bu gün Ermənistanın Şirak vilayətində fövqəladə hadisə baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Saat 13:00 radələrində Gümrü şəhərinin 15 nömrəli əsas məktəbində bomba yerləşdirilməsi barədə siqnal daxil olub.

Məlumata görə, müəllim heyəti və şagirdlər təxliyə ediliblər.

Bir neçə saat davam edən axtarış tədbirlərinin nəticəsində siqnalın yalan olduğu müəyyən edilib.

Hüquq-mühafizə orqanları siqnalın müəllifinin kimliyini müəyyən ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Bomba  


Bizi "telegram"da izləyin