Ordu.az xəbər verir ki, bu barədə Gümrüdə sakinlərlə görüşdə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.
“Onların rəhbərliyi dövründə, yeddi il ərzində hər il uğursuzluqlar, səhvlər baş verib, qeyri-adekvat davranış nəticəsində müharibə, müharibədə məğlubiyyət, güzəştlər, maraqlarımıza uyğun olmayan delimitasiya və demarkasiya həyata keçirilib. Bütün bunlar onların təzyiq və məcburiyyət altında olmalarının nəticəsidir.
Bu gün isə aydındır ki, biz çox məsuliyyətli mərhələyə daxil oluruq və bu məsuliyyəti birlikdə daşımalıyıq. Bu gün biz buradayıq ki, gümrülülərlə qarşılıqlı etimad, qarşılıqlı hörmət, bir-birimizi tamamlayan suallar və təkliflər vasitəsilə həyata keçirməli olduğumuz proqramı və addımları dəqiqləşdirək. İlk növbədə erməni xalqının ləyaqətini bərpa etməliyik və bu ləyaqətin bərpası yolunda indiki hakimiyyətin yenidən seçilməsinə yol verməməliyik”, - deyə Ohanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az