Ordu.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında Ermənistanın “Yaşanılası Ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan yazıb.
“Bəli, dövlət borcunun ÜDM-ə nisbəti azalıb, lakin daha vacib göstərici borcun xidmətinə çəkilən xərclərlə büdcə gəlirlərinin nisbətidir, yəni gəlirlərimizin neçə faizini dövlət borcunun xidmətinə yönəldirik.
Beləliklə, 2017-ci ildə dövlət borcunun faiz ödənişlərinə büdcənin 8,1%-i ayrılıb, 2025-ci ildə isə dövlət borcunun xidmətinə büdcə gəlirlərinin 10,6%-ni ayırmağa məcbur olmuşuq.
Nəticədə xərclərimizin əlavə 2,5%-ni dövlət borcunun xidmətinə yönəldirik ki, bu da digər xərcləri həyata keçirmək imkanını məhdudlaşdırır. Məsələn, həmin 2,5% səhiyyəyə ayrılan ümumi xərclərin yarısını təşkil edir və ya bu məbləğlə minimum pensiyanı təxminən 60 000 dram səviyyəsinə qaldırmaq olardı”, - deyə o qeyd edib.
Arakelyan bildirib ki, obrazlı deyilsə, ailə indi gəlirlərinin daha böyük hissəsini yaşayış xərclərinə deyil, kreditlərin ödənilməsinə sərf edir.
“Bütün bunların səbəbi isə aydındır: son 8 il ərzində Ermənistanın dövlət borcunun orta faiz dərəcəsi 2,3% artıb”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az