Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “ArmLur.am” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, fevralın 21-də Göyçə vilayətində qətl hadisəsi baş verib. Saat 13:00 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Polis Kriminal Polisi Baş İdarəsinin Göyçə şöbəsinə operativ məlumat daxil olub ki, bıçaqlanmış vəziyyətdə bir nəfər Sevan Tibb Mərkəzinə çatdırılıb.
Kriminal polis əməkdaşları müəyyən ediblər ki, yaralı Tavus vilayətinin sakini, 20 yaşlı Aram Xaçatryandır və o, Göyçə şəhərinin mərkəzi meydanından xəstəxanaya aparılıb. Hadisənin hallarını aydınlaşdırmamışdan əvvəl xəstəxanadan məlumat daxil olub ki, yaralı huşu özünə gəlməyərək ölüb.
Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Geğarkunik vilayət istintaq idarəsinin Göyçə istintaq şöbəsində qətl maddəsi üzrə cinayət işi başlanıb.
Alpər Mövludoğlu
Ordu.az