Ordu.az xəbər verir ki, bu barədə “The Brussels Times” məlumat yayıb.
Aİ ölkəyə 202,5 milyon avroluq yardım paketinin ayrılmasına dair öhdəliyini bir daha təsdiqləyib.
Bəyanata görə, danışıqlar əsasən nəqliyyat, energetika və rəqəmsal sahələrdə regional qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına yönəlib. Müzakirələr zamanı Avropa Komissiyası çərşənbə günü bildirib ki, Aİ-nin regionlararası əlaqələrin inkişafına dair proqramı ilə paralel olaraq Ermənistanın “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsünə dəstək ifadə olunub.
Ermənistanla birgə müəyyən edilmiş prioritet layihələrə Aİ dəstəyinin müxtəlif variantları qeyd edilib, ticarət və mobillik kimi sahələr müzakirə olunub.
202,5 milyon avronun ayrılması barədə Kos daha əvvəl, 2025-ci ilin sentyabrında etdiyi səfər zamanı bəyan etmişdi.
Strateji gündəlik tərəflər arasında əməkdaşlığı tənzimləyən Ermənistan-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) əsaslanır.
Aİ nümayəndələri, həmçinin qarşıdan gələn seçki prosesinin bütövlüyünün qorunması da daxil olmaqla, Ermənistanın “demokratik dayanıqlığına” dəstəyi bir daha təsdiqləyiblər.
Alpər Mövludoğlu
Ordu.az