İrəvanda keçmiş qarnizon prokurorunun cəsədi çaydan tapılıb

2026/02/1771784530.jpg
Oxunub: 422     22:21     22 Fevral 2026    
Ermənistanın paytaxtı İrəvanda keçmiş qarnizon prokuroru Tiqran Sukiasyanın cəsədi Razdan çayından tapılıb.

Ordu.az xəbər verir ki, bu barədə "Armlur" nəşri məlumat yayıb.

Cəsədin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti İrəvanda Qələbə körpüsünün altından kişi cəsədinin tapıldığını təsdiqləyib. Nazirlik əlavə məlumat verməyib.

Hadisənin baş vermə səbəbləri müəyyən edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Ölüm  


Bizi "telegram"da izləyin