Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bəyan edib.
"İki il əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski məni Azərbaycana səfir təyin etdi. Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının gücləndirilməsi üçün hər gün çalışanlara dərin minnətdarlığımı bildirmək istəyirəm. Nəticə çıxarmaq üçün hələ tezdir, amma son iki ildə birlikdə çox şeyə nail olmuşuq - siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar təşəbbüslər və sosial əlaqələr sahəsində. Səmimi dəstək və həmrəylik Ukrayna üçün bu ən çətin dövrdə xüsusilə dəyərlidir", - deyə o bildirib.
Diplomat həmçinin iki xalq arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə azərbaycanlı həmkarlarına və Ukrayna ictimaiyyətinə təşəkkürünü bildirib.
Ordu.az