Ordu.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının icmalında qeyd olunub.
Artım ərzaq məhsullarının bahalaşması (illik 5,9%, əvvəlki ayda 4,3%) hesabına baş verib ki, bu da qlobal qiymətlərin dinamikası ilə əlaqələndirilir. Eyni zamanda, xidmətlər və qeyri-ərzaq malları üzrə inflyasiya azalıb və müvafiq olaraq 2,9% (əvvəlki ayda 3,1%) və 0,9% (həm yanvarda, həm də əvvəlki ayda) səviyyəsində olub.
Bu fonda, xarici inflyasiya təzyiqləri risklərinin davam etdiyi şəraitdə, Ermənistan Mərkəzi Bankı fevralın 3-də keçirilən iclasında yenidən maliyyələşdirmə dərəcəsini dəyişməz saxlayaraq 6,5% səviyyəsində qoruyub.
“Proqnozlaşdırırıq ki, ilin sonuna qədər istehlak qiymətləri 3,3% artacaq, faiz dərəcəsi isə 6,25-6,5% aralığında olacaq”, - deyə bankdan bildirilib.
Alpər Mövludoğlu
Ordu.az