Rusiyadan Gürcüstana keçən onlarla yük maşınının sürücüsünə Ermənistana yola düşməyə icazə verilmir

2026/02/1771739881.jpg
Oxunub: 608     09:56     22 Fevral 2026    
“Azadlıq Radiosu”na müraciət edən, Lars keçid məntəqəsindən Rusiya-Gürcüstan sərhədini keçmiş erməni yük maşını sürücüləri bildirirlər ki, fevralın 12-dən etibarən Gürcüstan tərəfində onların Ermənistana yola düşməsinə icazə verilmir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Tikinti materialları daşıyanların sözlərinə görə, Gürcüstan tərəfi heç bir əsaslı izahat vermir və onlar çıxılmaz vəziyyətdə qalıblar.

Erməni sürücülər deyirlər: “Deyirlər ki, “dayanın, erməni yüklərini buraxmaq barədə göstəriş verilənə qədər gözləyin, göstəriş veriləndə buraxacağıq”. Sərhəddə əlavə problemlərdən qaçmaq üçün erməni sürücülər hələlik anonim qalmağa üstünlük verirlər.

Erməni sürücülər qeyd edirlər: “Söhbət təxminən 100 TIR-dan gedir. Onlardan 20-dən çoxu burada, Rusiya ilə Gürcüstan sərhədində rentgen meydançasındadır, bir hissəsini isə Gezi dayanacağına göndəriblər”.

Erməni yükdaşıyanlar bu problemlə vaxtaşırı qarşılaşırlar. Ötən il alkoqol daşıyan sürücülər həftələrlə, bəzən isə aylarla Lars və Gezi keçid məntəqələrində qalırdılar, çünki yüklər ətraflı laborator yoxlamalardan keçirilirdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Gürcüstan   Ermənistan  


Bizi "telegram"da izləyin