Göyçədə qətlə yetirilən erməni gənc müqaviləli hərbi qulluqçu olub

2026/02/1771701472.jpg
Oxunub: 491     23:08     21 Fevral 2026    
Bu gün Göyçədə qətlə yetirilən Aram Xaçatryan Tavus vilayətinin Verin Tsaxkavan icmasının sakini, müqaviləli hərbi qulluqçu olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Aram 6 ay xidmət etdikdən sonra “Vətənin müdafiəçisi” proqramına müraciət edib və artıq 3 aydır ki, yaşayış yerinə yaxın yerləşən hərbi hissədə xidmətini davam etdirirmiş. O, iki gün əvvəl növbədən enibmiş.

Qətlin səbəbi hələlik məlum deyil. Həmkəndliləri Aramın Berd şəhərindən Göyçəyə hansı səbəbdən gəldiyini də bilmirlər.

Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, bu gün günorta saatlarında Göyçənin mərkəzi meydanında 20 yaşlı gənc qətlə yetirilib. Cinayət polisi müəyyən edib ki, öldürülən şəxs Tavus vilayətinin sakini, 20 yaşlı Aram Xaçatryandır. Məlumata görə, Ermənistanın hüquq-mühafizə orqanları müəyyən ediblər ki, ölən şəxsə zəng edərək onu Göyçəyə çağırıblar, o isə görüşə gəlib və heç nə müzakirə olunmadan dərhal ona bıçaq zərbələri endirilib. İki şübhəli şəxs müəyyən edilərək saxlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qətl  


Bizi "telegram"da izləyin