Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Deyə bilərəm ki, onların təsiri müsbət olub. Eyni zamanda, Ermənistan-Azərbaycan ikitərəfli münasibətləri də sülhün bərqərar olmasında mühüm rol oynayıb. Həmçinin prezident Donald Tramp amili də sülhün əldə edilməsində əhəmiyyətli olub. Demək olar ki, sülh və sabitlik birgə səylərin nəticəsidir, hər kəs öz töhfəsini verib və əsasən hamının təsiri müsbət olub”, - deyə o vurğulayıb.
Aİ missiyasının gələcək fəaliyyəti ilə bağlı artıq hansısa aydın təsəvvürün olub-olmaması sualına cavab olaraq Qriqoryan bildirib:
“Bir məsələ dəqiqdir, biz istəyirik ki, Aİ missiyası Ermənistanda qalmağa davam etsin. Bilirsiniz ki, sülh sazişi çərçivəsində razılaşmalarımız var, lakin o, hələ imzalanmalı və ratifikasiya edilməlidir ki, qüvvəyə minsin və bundan sonra necə irəliləyəcəyimizi müəyyənləşdirək. Amma qəti şəkildə istəyirik ki, missiya fəaliyyətini davam etdirsin və biz bu istiqamətdə işi davam etdirəcəyik.
Sonrakı əməkdaşlıq formaları hazırda müzakirə mərhələsindədir. Müzakirə edib hansı fəaliyyət çərçivəsində əməkdaşlıq edə biləcəyimizi müəyyənləşdirəcəyik. Bu, həm də sülh sazişinin ratifikasiyasından asılıdır”.
Alpər Mövludoğlu
Ordu.az