Şoyqu ABŞ-nin Ermənistandakı planları barədə: “Bəli, onların hamısının cəlbedici biznes təklifləri var”

2026/02/1770978279.jpg
Oxunub: 294     14:23     13 Fevral 2026    
“ABŞ-nin Ermənistanda kiçik modul reaktorlar tikmək planları “gözəl biznes təklifləri” kimi təqdim olunur. Lakin ABŞ hələ indiyədək bir dənə də olsun belə reaktor tikməyib, onların istismara verilməsi və sənaye miqyasında istifadəsi barədə isə ümumiyyətlə danışmaq mümkün deyil”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “RIA Novosti”yə açıqlamasında deyib.

“Bəli, ABŞ-də bununla məşğul olan bir neçə şirkət var. Bəli, onların hamısının kifayət qədər cəlbedici biznes təklifləri mövcuddur. Amma necə deyərlər, burada müəyyən incə məqamlar var”, - deyə o vurğulayıb.

Şoyqu əlavə edib ki, amerikalıların kiçik modul reaktorların sənaye istismarı ilə bağlı real təcrübəsi yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin