Şoyqu: “Ermənistanda ABŞ atom elektrik stansiyasının tikintisinin dəyərini gələcək nəsillər ödəyəcək”

2026/02/1770978086.jpg
Oxunub: 315     14:20     13 Fevral 2026    
“Ermənistanda atom elektrik stansiyası üçün kiçik reaktorların tikintisi, ehtimal ki, kredit hesabına maliyyələşdiriləcək və bunun yükünü ölkənin gələcək nəsilləri daşıyacaq”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “RIA Novosti”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, layihənin Ermənistan iqtisadiyyatına real investisiya gətirəcəyinə dair əsaslı şübhələr var.

“Daha çox bu, ölkənin illik ÜDM-nin üçdə birindən artıq məbləği əhatə edən alqı-satqı sövdələşməsi olacaq. Çox güman ki, bu kreditləri təkcə indiki deyil, gələcək nəsillər də ödəyəcək”, - deyə Şoyqu bildirib.

Bazar ertəsi Ermənistana səfərdən sonra ABŞ vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Birləşmiş Ştatlar Ermənistanı nüvə enerjisi üzrə saziş çərçivəsində kiçik modul reaktorlarla təmin edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   Ermənistan  


Bizi "telegram"da izləyin