Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritter deyib.
Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqına daha da yaxınlaşmaq istəyir və hətta gələcəkdə üzvlük imkanını müzakirə edir. “Ümid edirəm ki, bu, bir gün baş verəcək”, - deyə missiya rəhbəri vurğulayıb.
Ritter həmçinin ümid etdiyini bildirib ki, Cənubi Qafqaz turizm və ticarət üçün insanların gəldiyi sülh regionuna çevriləcək, çünki bu ərazi zəngin tarixə və mədəniyyətə malik gözəl bölgədir.
Alpər Mövludoğlu
Ordu.az