Ordu.az-ın məlumatına görə, BBC sözçüsü açıqlamasında qeyd edib ki, televiziya şirkəti sənədli filmdə təqdim olunan jurnalistikanı dəstəkləyir:
"Müəyyən edilmiş şikayət prosesinə uyğun olaraq, şikayətçinin suallarını artıq cavablandırdığımızı təsdiq edə bilərik. Biz BBC Eye-nin "When the Water Burns: The Fight for Georgia" sənədli filmində yer alan jurnalistikanı və Gürcüstan hakimiyyətinin Tbilisidə davam edən etirazlara verdiyi reaksiya ilə bağlı müstəqil, araşdırma reportajımızı dəstəkləyirik", – deyə BBC sözçüsü bildirib.
Şikayət, BBC tərəfindən dərc olunmuş məqalə və sənədli filmə əsaslanır. Həmin məqalədə iddia olunur ki, Gürcüstan hökuməti 2024-cü ildə hökumət əleyhinə etirazları yatırmaq üçün kimyəvi maddələrdən istifadə edib. BBC-nin məlumatına görə, etirazçılar gözlərin yanması, nəfəs darlığı, öskürək və qusma kimi simptomlardan şikayət ediblər.
"Gürcü Arzusu" partiyası yanvarın 15-də brifinqdə media nümayəndələrinə şikayət ərizəsini nümayiş etdirmişdi.
Ordu.az