Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri, Ermənistandakı missiyasını başa çatdıran Markus Ritter bildirib.
“Əgər atəş səsləri qeydə alırıqsa, bu barədə məlumat veririk.
Bir dəfə müşahidəçilərə Zəngəzur vilayətinin Nerkin Hand kəndi yaxınlığında sərhədə yaxınlaşmağa icazə verilməmişdi. Həmin vaxt Rusiya Silahlı Qüvvələri həmin ərazidə işimizi yerinə yetirməyimizə mane olmuşdu. Lakin bu vəziyyət ötən ilin avqustunda, Rusiya sərhəd qoşunları oradan çıxandan sonra başa çatdı. O vaxtdan etibarən istədiyimiz bütün ərazilərə sərbəst giriş imkanımız var.
Missiya ilə bağlı müəyyən dezinformasiyalar üçüncü tərəf tərəfindən yayılır.
Eyni zamanda, dezinformasiya ehtimalı aşağıdır, çünki biz yalnız gördüklərimizi çatdırırıq. Heç bir tərəfin yaydığı məlumatlara əsaslanmırıq, yalnız özümüzün müşahidə etdiklərimizi bildiririk”, - deyə Ritter qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az