Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistanın “Yerkrapah” hərbi təşkilatının sədri və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sasun Mikayelyan bildirib.
“Ondan əvvəl birlikdə yol keçdiyimiz, layiqli namizədləri seçəcəyik”, - deyə o qeyd edib. Parlamentdə onun yoxluğunun hiss olunub-olunmaması ilə bağlı suala Mikayelyan belə cavab verib: “Bunu xalq müəyyən etməlidir”.
Ermənistanın müdafiə naziri Suren Papikyanın yeni müdafiə xətlərinin görüntülərini yayması ilə bağlı tənqidlərə münasibət bildirən Mikayelyan deyib ki, həmin mövqelər artıq rəqibin gözü qarşısında inşa olunur. O, insanları bunun arxasında gizli məna axtarmamağa çağırıb.
“O nədir, rəqib onları görmür?”, - deyə Mikayelyan ritorik sual verib.
Daha əvvəl Mikayelyan növbəti parlament seçkiləri üçün “Vətəndaş Müqaviləsi” partiyasının proporsional siyahısına daxil edildiyini açıqlamışdı.
Alpər Mövludoğlu
Ordu.az