Ermənistanın ilk XİN rəhbəri: “ABŞ-nin nümayəndəsi “qırmızı xətləri” heçə sayaraq rəsmi dəstək elan edir”

2025/12/1766559168.jpg
Oxunub: 373     11:52     13 Fevral 2026    
“Ermənistanın hazırkı hakimiyyəti indi yad qüvvələrin diktə etdiyi “hibrid” zəbtin dövlətimiz üzərində tamamlanmasına çalışır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın birinci xarici işlər naziri, “İrs” partiyasının lideri Raffi Hovhannisyan bildirib.

“Qarışıq və uğursuz günlər yaşayırıq. “Hibrid” vəziyyətdir, hamı hamıya qarşıdır.

Bir vaxtlar ox Rusiyaya yönəlmişdi, indi isə artıq Avropa, ABŞ və bir çox başqalarına yönəlib.

Amma ilk növbədə Ermənistanın öz legitimliyini tükəndirmiş hazırkı hakimiyyəti indi yad qüvvələrin göstərişi ilə dövlətimizin, suverenliyimizin və bütün xalqın “hibrid” zəbtini başa çatdırmağa çalışır”, - deyə o qeyd edib.

Hovhannisyan vurğulayıb ki, Avropa İttifaqı isə pul göndərir, öz “siyasi icma” tədbirini İrəvanda keçirərək ona dəstək verir.

“ABŞ-nin nümayəndəsi də “qırmızı xətləri” heçə sayaraq rəsmi dəstək elan edir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovhannisyan  


Bizi "telegram"da izləyin