Ordu.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
"Bu səfər iki ölkə arasında yeni mərhələnin açılması deməkdir. Bu səfərlər bir çox sahələr üzrə ABŞ-Azərbaycan əməkdaşlığının dərinləşməsini möhkəm təməl üzərində qurur. İki ölkə arasında imzalanmış Xartiya bir çox sahələrdə iş birliyini əks etdirir", - o əlavə edib.
Parlament sədri əlavə edib ki, bu gün regionda baş verən dəyişikliklər şəraitində Azərbaycan tərəfdaşlıq prinsipinə əsaslanır: "Biz Ermənistanla sülh istiqamətində ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndiririk".
O əlavə edib ki, iki ölkənin əməkdaşlığı geniş bir bölgənin maraqlarına xidmət edir.
Qeyd edək ki, fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Azərbaycanda səfərdə olub.
Ordu.az