“Seçki kampaniyası xatirinə müdafiə qurğusunun xüsusiyyətləri və strukturu rəqibə təqdim olunur” - Abrahamyan

2025/12/1765784596.jpg
Oxunub: 329     12:59     13 Fevral 2026    
“Müdafiə Nazirliyinin istehkam rayonlarının detallı şəkildə nümayiş etdirilməsi və onların funksional təyinatının bütün dünyaya təqdim olunması yaxın keçmişdəki bir hadisəni xatırladıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamenrinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

“2 il əvvəl bir neçə müxalif deputatla birlikdə həmin qurğuların ilk nümunələri ilə tanış olmağa getmişdik. Qayıtdıqdan sonra qeyd etdiyimiz müşahidələri və çatışmazlıqları əks etdirən ortaq bir məktub hazırladıq”, - deyə o qeyd edib.

Abrahamyanın sözlərinə görə, həmin müşahidələrdən biri anti-diversiya tədbirlərinin həyata keçirilməsinin zəruriliyi ilə bağlı idi ki, bu da qurğunun xarici hissəsində müəyyən nəzərəçarpacaq işlərin görülməsini tələb edirdi.

“Bizə dedilər ki, rəqib bu yerdə hərbi obyektin olduğunu təsbit etməsin deyə bunu etmirik.

Rəqibdən bir neçə kilometr məsafədə 2 il ərzində genişmiqyaslı işlərin aparıldığını və təbii ki, onların bunu artıq qeydə aldığını nəzərə alsaq, həmin izahat hələ o vaxt çox qeyri-ciddi görünürdü.

İndi isə bu təbliğat videolarının fonunda proses ümumiyyətlə istehzaya çevrilib.

Seçki kampaniyası xatirinə müdafiə qurğusunun xüsusiyyətləri və strukturu rəqibə elə şəkildə təqdim olunur ki, bu da ideyanın mahiyyətini və rəqib üçün gözlənilməzlik amilini mənasızlaşdırır”, - deyə Abrahamyan yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan  


Bizi "telegram"da izləyin