Erməni ekspert: “Ermənistandan getdikdən 48 saat keçməmiş Vens Bakıda Azərbaycan Ordusunu tərifləyib”

2026/02/1770963441.jpg
Oxunub: 433     10:16     13 Fevral 2026    
“Amerikalı analitik, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyir ki, bizim dostumuz Azərbaycandır və erməniləri mümkün qədər tez fakt qarşısında qoymaq lazımdır ki, müxalifət hakimiyyətin Mehrinin yekun təhvilini, Azərbaycanın tələbi ilə Ermənistan konstitusiyasının dəyişdirilməsini və Ermənistanda ABŞ hegemonluğunun bərqərar olmasını başa çatdırmasına mane ola bilməsin”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Stenford Universitetinin politologiya doktoru, erməni ekspert Artur Xaçikyan deyib.

“Necə oldu ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistandakı görüşü zamanı işlətdiyi sözlər səhv tərcümə olundu? ABŞ-də belə bir səhvə görə tərcüməçi dərhal işdən qovular, məhkəmədə isə cinayət məsuliyyətinə cəlb olunardı. Kimi axmaq yerinə qoyursunuz? Niyə məhz həmin sözdə səhv etdilər və elə təəssürat yarandı ki, guya ABŞ Ermənistana investisiya qoyacaq? Halbuki vəziyyət tam əksinədir. ABŞ bizim atom elektrik stansiyamızı bağlamaq və bizə 9 milyard dollar müqabilində modul tipli atom stansiyaları satmaq istəyir”, - deyə o qeyd edib.

Xaçikyan bildirib ki, səhv tərcümə nəticəsində Cey Di Vensin sözləri tamamilə təhrif olunub və saxta məlumat yayılıb.

“ABŞ vaxtilə öz ştatlarından birində kiçik modul tipli stansiya tikmişdi, lakin sonradan o bağlandı. Çünki həm 9 dəfə daha çox təhlükəli tullantı istehsal edirdi, həm də elektrik enerjisinin qiyməti baha idi. Amma biz başa düşürük ki, burada məsələ enerji deyil, siyasətdir. Türkiyə və Azərbaycan Ermənistanın atom stansiyasının bağlanması üçün əlindən gələni edəcək”, - deyə o vurğulayıb.

Xaçikyan qeyd edib ki, Ermənistandan getdikdən 48 saat keçməmiş Vens Bakıda Azərbaycan Ordusunu tərifləyib.

“Biz “sendviç” vəziyyətinə düşmüşük. Bizim əsas rəqibimiz kənarda deyil, daxildəki xainlərdir. Bu təhlükəli dünyada ehtiyatlı olmaq əvəzinə, bu yarımdəli (Paşinyan-red.) xainin təşkil etdiyi şouların ardınca düşmüşük”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaçikyan  


Bizi "telegram"da izləyin