Gürcüstan parlamentinin sədr müavini: “Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşmasını alqışlayır”

2026/02/1770960539.jpg
Oxunub: 298     09:34     13 Fevral 2026    
Gürcüstan parlamentinin sədr müavini Gia Volski Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşmasının vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

Volski bildirib ki, Tbilisi bu inkişafdan məmnundur.

Onun sözlərinə görə, Gürcüstan İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşmasından razıdır.

O qeyd edib ki, Zəngəzur dəhlizinin meydana çıxması ilə Gürcüstan coğrafi xəritədən silinməyəcək.

“Gürcüstanın Asiya ilə Avropa arasında əlaqələr baxımından əhəmiyyəti əvəzolunmazdır. Əgər kimsə düşünürsə ki, Zəngəzur dəhlizi digər dəhlizləri əvəz edəcək, o, ya məlumatsızdır, ya da qəsdən yalan danışır”, - deyə Volski bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin