Ermənistan xarici işlər nazirinin müavini Rusiya səfirliyindəki çıxışdan imtina edib

2026/02/1770959984.jpg
Oxunub: 327     09:21     13 Fevral 2026    
2026-cı il fevralın 10-u Rusiyanın Ermənistandakı səfirliyində Diplomatik işçi gününə həsr olunmuş təntənəli qəbul keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşr qeyd edib ki, tədbirdə Ermənistanın dövlət orqanlarının, ictimai və siyasi xadimlərin, eləcə də İrəvanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

“Qeyd edilməlidir ki, bu cür qəbullarda protokol qaydasına əsasən səfirin salamlamasından sonra Ermənistan hökumətinin yüksək vəzifəli rəsmisinin və ya Xarici İşlər Nazirliyinin nümayəndəsinin təbrik çıxışı olur. Lakin təntənəli qəbulda iştirak edən Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bir kəlmə belə danışmayıb.

Ehtimal olunur ki, nazir müavini hələ də ABŞ-nin vitse-prezidenti Vensin səfərinin təəssüratları altında idi və bilmirdi ki, Rusiya səfirliyində keçirilən qəbuldan cəmi bir neçə saat sonra Nikol Paşinyan İctimai Televiziyanın efirində belə bəyanat verəcək: “Rusiya Federasiyasının maraqlarına zərər vurmaq bizim gündəliyimizdə olmayacaq, heç kim bizi Rusiya Federasiyasına qarşı fəaliyyət məntiqinə cəlb edə bilməyəcək”.

Paşinyan əlavə edib: “Putin və Mişustinlə isti münasibətlərim var. Biz heç vaxt Rusiya Federasiyasına qarşı fəaliyyət göstərməyəcəyik. Biz həmişə Ermənistanın maraqları naminə hərəkət edəcəyik. Bu, bizim strategiyamız olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN   Rusiya  


Bizi "telegram"da izləyin