Milli Məclisin bir qrup deputatı Meksika Senatının sədri ilə görüşüb - FOTOLAR

2026/02/1770959274.jpg
Oxunub: 322     09:02     13 Fevral 2026    
Milli Məclisin bir qrup deputatı Meksika Senatının (parlamentin yuxarı palatası - red.) sədri Laura İtsel Kastilyo ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-Meksika Parlamentlərarası İşçi Qrupunun sədri Jalə Əliyeva və həmin qrupun üzvü Sevinc Fətəliyeva iştirak edib.

Qeyd olunub ki, Görüş zamanı parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran təşəbbüslərin inkişaf etdirilməsi məsələləri müzakirə edilib, qanunvericilik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair qarşılıqlı iradə vurğulanıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Meksika  


Bizi "telegram"da izləyin