Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
“Xüsusilə, 2008-ci il martın 1-də polisin müxtəlif bölmələri tərəfindən zorakılıq və xüsusi vasitələr tətbiq edilməklə “Azadlıq” meydanında oturaq aksiya keçirən dinc nümayişçilərin dağıdılması əməliyyatlarını təşkil etdiklərinə görə həmin dövrdə İrəvan şəhər polis idarəsinin patrul-mühafizə alayının komandiri və onun müavini vəzifələrini tutmuş şəxslərə ittihamlar təqdim olunub”, - deyə komitədən qeyd ediblər.
Ermənistan KİV-lərinin məlumatına görə, söhbət İrəvan polisinin keçmiş rəis müavini Robert Melkonyan və Ermənistanın keçmiş polis rəisi Valeri Osipyandan gedir.
Alpər Mövludoğlu
Ordu.az