Keniyadakı diplomatik korpus nümayəndələri WUF13-ə hazırlıq barədə məlumatlandırılıb - FOTO

2026/02/1770919210.jpg
Oxunub: 321     21:40     12 Fevral 2026    
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkədəki diplomatik korpus nümayəndələrini WUF13-ə hazırlıq işləri barədə məlumatlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə "WUF13"ün "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, S. Hacıyev çıxışında Azərbaycanın inklüziv şəhər inkişafı modeli, münaqişədən sonrakı bərpa və reabilitasiya, habelə minatəmizləmə sahəsindəki geniş təcrübəsini bölüşüb.

O, WUF13 çərçivəsində Azərbaycanın prioritet sahələrini, davam edən hazırlıq prosesini və forumun qlobal şəhərləşmə gündəliyinin formalaşdırılmasındakı rolunu xüsusilə qeyd edib. Səfir Afrika ölkələrinin WUF13 Liderlər Sammitində iştirakının qitə üçün xüsusi əhəmiyyət daşıyacağını vurğulayıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keniya   WUF13  


Bizi "telegram"da izləyin