Moskva və Bakı gələcək əməkdaşlığı müzakirə edir

2026/02/Ekran-1770916335.jpg
Oxunub: 382     21:10     12 Fevral 2026    
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə danışıqlar aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdə “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”yə uyğun olaraq əlaqələrin gələcək inkişafına sadiqlik təsdiqlənib.

Bundan əlavə, Rusiya KİV-lərinin məlumatına əsasən, Mixail Qaluzin və Rəhman Mustafayev növbəti təmasların qrafikini müzakirə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Bakı  


Bizi "telegram"da izləyin