Ordu.az xəbər verir ki, bunu Rusiyanın Baş nazir müavini Aleksey Overçuk deyib.
Daha əvvəl Overçuk Ermənistanın iki dəmir yolu sahəsinin bərpası üzrə danışıqlara başlanıldığını açıqlamışdı. Həmin sahələr Arazdəyən kəndi ərazisində Azərbaycan Respublikasının dəmir yollarına, Axuryan yaşayış məntəqəsi ərazisində isə Türkiyə Respublikasının dəmir yollarına birləşdiriləcək.
“Bu sahələrin bərpası Rusiya Federasiyasına Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi yaratmağa imkan verəcək. Bu isə Aralıq dənizi limanlarına, həmçinin İran vasitəsilə Fars körfəzi və Hind okeanı limanlarına çıxış təmin edəcək”, - deyə Overçuk jurnalistlərə bildirib.
O qeyd edib ki, bu böyük məsələnin həlli üçün Qafqazda bütün kəsilmiş nəqliyyat xətlərinin açılması istiqamətində iş aparılır.
Alpər Mövludoğlu
Ordu.az