ABŞ dövlət katibinin müavini: “TRIPP regionu köklü şəkildə dəyişəcək”

2026/02/1770909722.jpg
Oxunub: 407     19:20     12 Fevral 2026    
“Azərbaycanın paytaxtı Bakıya çox məhsuldar səfərimi başa vurdum”.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq “X” platformasında yazıb.

“Bu şəhərin qonaqpərvərliyi və irəliyə yönəlmiş enerjisi həqiqətən diqqətəlayiqdir. Aydındır ki, Tramp administrasiyasının “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) təşəbbüsü regionu köklü şəkildə dəyişəcək”, - deyə Helberq yazıb və qeyd edib ki, Vensin tarixi səfəri regional sabitlik və birgə iqtisadi artım üçün möhkəm zəmin yaradıb.

Bundan əvvəl İrəvandan Bakıya yola düşərkən ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini “X”də daha bir qısa paylaşım edib: “Bu, Ermənistana səfər edən ilk amerikalı vitse-prezident qismində tarixi səfər idi. “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) Cənubi Qafqazda yeni səhifə açacaq”, - deyə Helberq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TRIPP   Azərbaycan  


Bizi "telegram"da izləyin