Ordu.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclasda Azərbaycan nümayəndə heyətini xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Bundan əlavə, tədbirin açılışında Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev onlayn formatda iştirak və çıxış edib.
Tədbirdə COP31-in substantiv və logistik təşkili ilə bağlı Türkiyə tərəfinin hazırlığı və COP31-in sədri qismində Türkiyə ilə COP31-in danışıqlar prosesinə cavabdeh olan Avstraliya arasında əməkdaşlıq mexanizmi, eləcə də COP31-in uğurunun təmin edilməsi ilə bağlı müvafiq strategiyanın ilkin müzakirəsi baş tutub.
Eyni zamanda tədbir çərçivəsində COP30-da qəbul edilmiş qərar əsasında yaradılmış "Belem 1,5 Missiyası" adlı Troykanın (Azərbaycan, Braziliya və Türkiyə) cari il ərzindəki fəaliyyəti ilə bağlı planlar barədə fikir mübadiləsi aparılıb.
Ordu.az