Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Eyni zamanda Cenevrədəki BMT ofisində və digər beynəlxalq təşkilatlarda Ermənistanın daimi nümayəndəliyinin iqamətgahı Cenevrədə qalacaq. Müvafiq qərar hökumətin bugünkü iclasında qəbul olunub.
Qərarda qeyd edilir ki, səfirliyin Bernə köçürülməsi ilə bağlı illik xərclər 344,8 min İsveçrə frankına ekvivalent məbləğdə hesablanıb. Birinci il üçün cari xərclərlə yanaşı, mebel və texnikanın alınması, depozit və vasitəçilik haqqı üçün əlavə olaraq 62,8 min İsveçrə frankına ekvivalent vəsait tələb olunacaq. Bu səbəbdən Ermənistan Xarici İşlər Nazirliyi 2026-cı ilin dövlət büdcəsi çərçivəsində xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik xidmət orqanlarının fəaliyyəti üçün nəzərdə tutulan xərcləri 407,5 min İsveçrə frankına ekvivalent məbləğdə artıracaq, növbəti illərdə isə bu artım 304,8 min İsveçrə frankına ekvivalent təşkil edəcək.
Qərarın əsaslandırma hissəsində bildirilir: “Paytaxt Bern ilə Cenevrə arasındakı məsafə nəzərə alınaraq, Cenevrədə fəaliyyət göstərən Ermənistan səfirliyinin Bernə köçürülməsi zərurəti yaranıb. Bu addım diplomatik korpus nümayəndələri ilə müntəzəm əlaqələri asanlaşdıracaq, onlarla əlaqələrin daha səmərəli təmin edilməsinə imkan verəcək, ikitərəfli əməkdaşlığın inkişafına və siyasi dialoqun fəallaşmasına təkan verəcək”.
Alpər Mövludoğlu
Ordu.az